Bakıda əl qumbarası zərərsizləşdirildi

Bakıda əl qumbarası zərərsizləşdirildi

Hazırda oxunan: Bakıda əl qumbarası zərərsizləşdirildi

207067

Bakıda əl qumbarası zərərsizləşdirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Penitensiar Xidmətin mətbuat xidmətlərindən birgə məlumat daxil olub.

Bildirilib ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Rizayev Nurlan Əlirza oğluna məxsus 1 ədəd “M-75” markalı əl qumbarası, 1 ədəd partladıcı, 18 ədəd 7,62 mm avtomat gülləsi, 1 ədəd avtomat darağı Nərimanov rayonu, Ziya Bünyadov prospektində körpünün altında aşkar edilərək götürülüb.

Əl qumbarası Fövqəladə Hallar Nazirliyinin Xüsusi riskli xilasetmə xidmətinin əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO