Ölümündən sonra təltif edilən DSX hərbçiləri kimdir? – FOTO

Ölümündən sonra təltif edilən DSX hərbçiləri kimdir? – FOTO

Hazırda oxunan: Ölümündən sonra təltif edilən DSX hərbçiləri kimdir? – FOTO

207066

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, dövlət başçısının Sərəncamı ilə 3 hərbçimiz ölümündən sonra orden və medallarla təltif edilib. Belə ki, gizir Əliyev Rüfət Fizuli oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, mayor Baxışlı Baxış Elşən oğlu “Vətən uğrunda” medalı, əsgər Nağıyev Əli Elşən oğlu isə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunublar.

Ölümündən sonra ordenlə təltif edilən gizir Rüfət Əliyev Vətən müharibəsi şəhididir. O, zəfərə iki gün qalmış, noyabrın 7-də dövlət sərhədinin üzərində yerləşən 812.0 yüksəkliyi uğrunda döyüşdə şəhidlik zirvəsinə ucalıb.

Mayor Baxış Baxışlı və əsgər Əli Nağıyev isə bu il iyunun 9-da ildırım vurması nəticəsində həlak olublar. Onlar “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsi zamanı bədbəxt hadisə ilə üzləşiblər.

Fotoda gizir Rüfət Əliyev


Fotoda mayor Baxış Baxışlı


Fotoda əsgər Əli Nağıyev



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO