55 nəfərin zəhərləndiyi restoranın sahibi DANIŞDI – VİDEO

55 nəfərin zəhərləndiyi restoranın sahibi DANIŞDI – VİDEO

Hazırda oxunan: 55 nəfərin zəhərləndiyi restoranın sahibi DANIŞDI – VİDEO

207036

Xəbər verdiyimizm kimi, ötən gün toydan sonra kütləvi zəhərlənmə olub. 50-dən çox şəxs xəstəxanaya yerləşdirilib.

Bizim.Media xəbər verir ki, hadisə Qəbələnin Zarağan kəndində qeydə alınıb.
 

MÖVZU İLƏ BAĞLI:

Qəbələdə 59 nəfər paytaxt salatından ZƏHƏRLƏNİB? – ÖZƏL TƏFƏRRÜAT


Məlumata görə, kənddəki restoranların birində keçirilən toydan sonra iştirakçıların halı pisləşib və xəstəxanaya kütləvi müraciət olub. TƏBİB-dən bildirilib ki, Qəbələ Rayon Mərkəzi Xəstəxanasına ümumilikdə 55 nəfər, 21 kişi, 34 qadın olmaqla qida zəhərlənməsi şübhəsi ilə müraciət edilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Həmin restoranı işlədən Pərviz Kərimov bildirib ki, istifadə edilən bütün qida məhsulları toy yiyəsi tərəfindən gətirilib və hazırlanıb.

Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Ətraflı “Xəzər Xəbər”in videomaterialında:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO