Lökbatan qəsəbəsindəki ticarət mərkəzlərinin birində yerləşən mağazada bir qrup şəxsin girov saxlanılması iddiası ilə bağlı paylaşılan görüntülər araşdırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı İbrahim Əmiraslanlı deyib.
"Müəyyən olunub ki, görüntülərdəki şəxslər mağazanın icarədarlarıdır və icarə məsələsinə görə mağazanın yeni sahibi ilə aralarında narazılıq yaranıb.
Həmin şəxslərin girov saxlanılması ilə bağlı iddialar əsassızdır", - deyə o bildirib.
Qeyd edək ki, sosial media platformalarında yayılan videoda vətəndaş ailə üzvlərinin "Sədərək" ticarət mərkəzinin rəhbərliyi tərəfindən girov götürüldüyünü iddia edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:37 / 16.08.2024
"Sədərək"də bir qrup şəxsin girov götürülməsi ilə bağlı iddialar əsassızdır - DİN
Hazırda oxunan: "Sədərək"də bir qrup şəxsin girov götürülməsi ilə bağlı iddialar əsassızdır - DİN
Hazırda oxunan: "Sədərək"də bir qrup şəxsin girov götürülməsi ilə bağlı iddialar əsassızdır - DİN
207008
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.