Üç gün sonra ilk Super Ay GÖRÜNƏCƏK

Üç gün sonra ilk Super Ay GÖRÜNƏCƏK

Hazırda oxunan: Üç gün sonra ilk Super Ay GÖRÜNƏCƏK

206984

19 Avqust 22:26-da 2024-cü ilin ilk Super Ayı müşahidə olunacaq.

Bu barədə Bizim.Media-ya Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bildirilib ki, bu Super Ay Mavi Super Aydır. Ayın mavi çalarda görünməsi çox nadir hallarda vulkan püskürməsi zamanı yaranmış toz səbəbli baş verə bilər. Hazırda isə Populyar elmdə müxtəlif xalqların folkloru əsasında simvolik olaraq fəsli və aylıq Super Ayı ifadə etmək üçün istifadə olunur.

Fəsli Super Mavi Ay daha nadir baş verir, fəslin 4 bədrlənmiş Aydan 3-cüsü Mavi Ay adlanır. Aylıq Mavi Ay isə bir təqvim ayındakı ikinci bədrlənmiş Aya deyirlər. Bu dəfə müşahidə olunacaq Super Ay fəsli mavi Aydır.

Ayın orbiti tam dairə deyil, elliptik olduğundan, Yerlə Ay arasındakı məsafə daim dəyişir. Ay öz perigeyində bədrlənmiş Ay fazasına uyğun gələrsə, o zaman Super Ay müşahidə olunur.

Super Ay adlandırılan bu hadisə zamanı Ay 14% böyük və 30% parlaq görünür. 19 Avqustda Ay saat 19:41-də doğacaq və səhər saatlarınadək görünəcək və bu zaman Yerlə Ay arasındakı məsafə 361,969 km olacaq.

Qeyd edək ki, ilin sonunadək 18 sentyabr, 17 oktyabr və 15 noyabrda daha 3 Super Ay müşahidə olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO