Peşə təhsil müəssisələrinə qəbul olanların qeydiyyat prosesi bu tarixdən BAŞLAYACAQ

Peşə təhsil müəssisələrinə qəbul olanların qeydiyyat prosesi bu tarixdən BAŞLAYACAQ

Hazırda oxunan: Peşə təhsil müəssisələrinə qəbul olanların qeydiyyat prosesi bu tarixdən BAŞLAYACAQ

206982

Peşə təhsili müəssisələrinə qəbul olan tələbələr 17 avqust- 26 avqust tarixlərində (saat 17:00-dək) müsabiqədən keçdikləri təhsil müəssisələrinə müvafiq sənədləri təqdim etməklə qeydiyyatdan keçməlidirlər. 

Bizim.Media xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb. 

Bildirilib ki, peşə təhsili müəssisələrinə tələbə qəbulunun I mərhələsi çərçivəsində müsabiqədən keçən şəxslər aşağıda qeyd olunan sənədləri təqdim etməlidirlər: 

• attestatın əsli; 

• sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış; 

• sistemdən (şəxsi kabinetdə) avtomatik çıxarılan ərizə nümunəsi; 

• şəxsiyyət vəsiqəsinin surəti; 

• 3 x 4 sm ölçüdə dörd ədəd fotoşəkil; 

• hərbi bilet və ya çağırışçı şəhadətnaməsi; 

• güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd. 
 

Qəbulun I mərhələsində müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsili müəssisəsində qeyd edilən tarixlərdə qeydiyyatdan keçməməsi və ya sənədlərini tam təqdim etməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. 


Qeyd edək ki, 2024/2025-cü tədris ili üzrə tələbə qəbulu 84 peşə təhsili müəssisəsində 136 ixtisas olmaqla 30 960 plan yeri üzrə aparılıb. İlk mərhələdə www.portal.edu.az platforması vasitəsilə 27269 nəfərdən 87656 müraciət daxil olub. Alınan nəticələr bu ilki müraciətçi sayının ötən ilin analoji göstəriciləri ilə müqayisədə 13 % çox olduğunu göstərir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO