Soltan Məmmədov Buzovnada sakinlərlə görüşdü – FOTO

Soltan Məmmədov Buzovnada sakinlərlə görüşdü – FOTO

Hazırda oxunan: Soltan Məmmədov Buzovnada sakinlərlə görüşdü – FOTO

206972

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə 12 saylı Xəzər birinci seçki dairəsində bitərəf namizəd Soltan Məmmədov Buzovna qəsəbəsində seçicilərlə daha bir görüş keçirib. 

Bizim.Media xəbər verir ki, namizəd deputat qəsəbə sakinlərinin - ağsaqqalların, ziyalıların, şəhid ailələri və qazilərin iştirakı ilə keçirilən tədbirdə səmimi və məhsuldar fikir mübadiləsi aparıb. 
 

S.Məmmədov görüşdən əvvəl Buzovna qəsəbəsində yerləşən Şəhidlər Xiyabanını ziyarət edib, torpaqların azadlığı uğrunda canlarını fəda etmiş qəhrəmanlarımızın məzarlarına gül dəstəsi qoyub, xatirələrini ehtiramla yad edib.  


O, vətən müharibəsinin şəhidi Mustafa Kərimlinin anası Əminə xanımdan xeyir-dua alıb. 

“Xəzər rayonunu təmsil edən deputat olaraq qəsəbələrimizdə, o cümlədən də Buzovnada görülməli vacib işlər, qəsəbə sakinlərinin istək və arzuları bizə tanışdır. Dəyərli ağsaqqallarımızın təklifləri və tövsiyələri görüşün daha maraqlı və canlı keçməsinə şərait yaratdı. Çıxışlarda qaldırılan məsələlər, səslənən təkliflər bizə qəsəbənin mövcud durumunu daha yaxşı öyrənməyə imkan yaradır. Təklif və tövsiyələrə uyğun olaraq fikirlərimizi, seçki platformamızı qəsəbə sakinləri ilə bölüşdük”, - deputatlığa namizəd Soltan Məmmədov bildirib. 

Qeyd edək ki, Soltan Məmmədov 1996-1997-ci illərdə Azərbaycan Dövlət Neft Şirkətinin Balaxanı Neft İdarəsində operator-nəzarətçi, 1997-2001-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzində mühəndis, şöbə rəisi, 2003-2005-ci illərdə Ümumdünya Səhiyyə Təşkilatında inzibati köməkçi işləyib.
 

2005-2015-ci illərdə Rostropoviç-Vişnevskaya Fondunun Azərbaycandakı nümayəndəliyinin icraçı direktoru, 2015-2019-cu illərdə QİÇS, Vərəm və Malyariya Xəstəlikləri ilə Mübarizə üzrə Qlobal Fondun Maliyyə komitəsinin sədri (ictimai əsaslarla), Direktorlar Şurasının üzvü (ictimai əsaslarla) olub.


2015-2020-ci illərdə Heydər Əliyev Fondunun Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin aparıcı mütəxəssisi, müdiri, Beynəlxalq əlaqələr departamentinin rəisi vəzifələrində çalışıb.

O, Milli Məclisin 14 saylı Xəzər seçki dairəsi üzrə VI çağırış deputatı olub. Texnika üzrə fəlsəfə doktorudur.   

S.Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin 6 may 2019-cu il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.  
























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO