Şahin Seyidzadə Şamaxıda seçicilərlə görüşdü – FOTO/VİDEO

Şahin Seyidzadə Şamaxıda seçicilərlə görüşdü – FOTO/VİDEO

Hazırda oxunan: Şahin Seyidzadə Şamaxıda seçicilərlə görüşdü – FOTO/VİDEO

206959

Sentyabrın 1-də keçiriləcək növbədənkar parlament seçkilərində 87 saylı Qobustan-Şamaxı-İsmayıllı seçki dairəsindən namizədliyini irəli sürmüş Şahin Seyidzadə seçiciləri ilə görüşlərinə davam edir.

Bizim.Media xəbər verir ki, bitərəf namizəd olan Şahin Seyidzadə avqustun 16-da Şamaxıda seçiciləri ilə görüşüb.



Deputatlığa namizəd ilk olaraq Şamaxının ən ucqar kəndlərindən biri sayılan Zarat Xeybəri kəndinin seçiciləri ilə görüşərək, onları maraqlandıran məsələlərə toxunub, sakinlərinin suallarını cavablandırıb. 


Daha sonra Şahin Seyidzadə Şamaxı rayonunun Səfalı kəndinə səfər edib. O, burada sakinlərin irəli sürdükləri məsələləri dinləyib, öz seçki platforması ilə bağlı ətraflı məlumat verib.


Şahin Seyizadənin seçicilərlə növbəti görüşü Şamaxının Dəmirçi kəndində baş tutub.


Seçicilərlə müzakirələr apardıqdan sonra, deputatlığa namizəd İkinci Qarabağ müharibəsi şəhidi Quliyev Rəcəb Elşən oğıunun xatirəsinə həsr edilmiş bulaq-abidəni ziyarət edib və şəhidin anası Yaqut xanımla görüşüb.


Qeyd edək ki, Şahin Seyidzadə VI çağırış Milli Məclisin deputatı olub. O, 2022-ci ilin 3 mart tarixindən bəri İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədridir.


























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO