Süni uşaq qidalarının orqanizmə hansı FƏSADLARI var? – Pediatrdan XƏBƏRDARLIQ

Süni uşaq qidalarının orqanizmə hansı FƏSADLARI var? – Pediatrdan XƏBƏRDARLIQ

Hazırda oxunan: Süni uşaq qidalarının orqanizmə hansı FƏSADLARI var? – Pediatrdan XƏBƏRDARLIQ

206955

Doğulduqdan 2 yaşa qədərki dövr uşaqların ən sürətli böyümə dövrüdür. Həkimlər tövsiyyə edirlər ki, bu dövr ərzində körpə ana südüylə qidalansın. Çünki ana südü ən təbii və təmiz qida hesab edilir.  Ancaq  bəzən analar müəyyən səbəblərə görə körpəyə ana südü, yox süni, paketləşdirilmiş uşaq  qidaları verirlər. Bu qidaların uşaq orqanizminə təsiriylə bağlı fikirlər isə müxtəlifdir.

Bizim.Media-ya açıqlama verən pediatr Vaqif Qarayev bildirir ki, ən azı 6 aylığına qədər körpəyə ana südü verilməlidir. Çünki körpəyə ən faydalı qida məhz ana südüdür.

Mütəxəssislərin fikrinə görə, ana südü ilə qidalanan körpəyə əlavə qida, maye lazım deyil. Vaqif Qarayev isə deyir ki, bu, 6 aylığına qədər lazım olmur, daha sonra isə həkim məsləhətiylə başqa qidalar təyin edilir. 

Körpəyə ana südü yox, süni uşaq qidalarının verilməsi  onun orqanizminə necə təsir edir?

“Təbii ki,  adından göründüyü kimi bu qidalar süni olduğu üçün təsirləri də mənfidir. Ancaq müəyyən tibbi  səbəblərdən ana südü olmadıqda uşaq doymadığı üçün süni qida verilə bilər. 

Belə hallarda adətən  “Hansı qida yaxşıdır”? sualı verilir.  Uşaq hansı qidayla doyursa, çəkisini artırırsa, o qida yaxşıdır”,- deyə həkim qeyd edib. 

Süni qidalar gələcəkdə uşaq üçün hansı fəsadları törədə bilər?

Pediatrın sözlərinə görə süni qidalar həm uşağın fiziki, həm psixoloji halına, həm də xəstəliklərə qarşı müqavimətinin olmasına mənfi təsir edir:
 

“Bu qidalar mədə-bağırsaqda problem yaradır. Həmçinin,  süni qidayla böyüyən uşaqların immuniteti də zəif olur. Bundan əlavə, süni uşaq qidalarının tərkibində şəkər çoxdur  və əlbəttə, bu da uşağın çəkisini artırır. Ancaq şəkər  həm uşaqlar, həm də böyüklər üçün ziyanlıdır və nəzərə almaq lazımdır ki, çəkinin çox olması sağlamlıq göstəricisi deyil”. 


Həkim analara məsləhət görür ki, hamiləliklərində həkimin yanına getməsələr belə, internetdən, resurslardan  körpəyə hansı qidaların lazım olduğunu öyrənsinlər. 

Nəzrin Mirzəyeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO