Azərbaycan vətəndaşları ən çox hansı ölkələrə səfər edib? – STATİSTİKA

Azərbaycan vətəndaşları ən çox hansı ölkələrə səfər edib? – STATİSTİKA

Hazırda oxunan: Azərbaycan vətəndaşları ən çox hansı ölkələrə səfər edib? – STATİSTİKA

206947

Bu ilin yanvar-iyul aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 23,1 % artaraq 1 milyon 223 min nəfər olub. 

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, vətəndaşların 41,2 %-i Türkiyəyə, 21,4 %-i Rusiyaya, 8,7 %-i Gürcüstana, 8,6 %-i İrana, 20,1 %-i digər ölkələrə səfər edib. 

Gedənlərin 65 %-ni kişilər, 35%-ni qadınlar təşkil edib. 
 

Ötən ilin eyni dövrünə nisbətən İrana gedən Azərbaycan vətəndaşlarının sayı 37,8 %, Türkiyəyə gedənlərin sayı 19,3 %, Rusiya Federasiyasına gedənlərin sayı 16,2 %, Gürcüstana gedənlərin sayı 15,9 % artıb. 


7 ay ərzində xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 68,9 %-i hava, 28,9 %-i dəmir yolu və avtomobil, 2,2 %-i isə dəniz nəqliyyatından istifadə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO