Vətən müharibəsindən indiyədək 377 nəfər minaların qurbanı olub - ANAMA sədri

Vətən müharibəsindən indiyədək 377 nəfər minaların qurbanı olub - ANAMA sədri

Hazırda oxunan: Vətən müharibəsindən indiyədək 377 nəfər minaların qurbanı olub - ANAMA sədri

206936

“Vətən müharibəsi bitdiyi gündən indiyə qədər 377 nəfər minaların qurbanı olub”. 

Bizim.Media xəbər verir ki, bu sözləri "report.az"a Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib. 

O bildirib ki, bu gün Minalardan və Partlamamış Hərbi Sursatlardan Təmizləmə üzrə İşçi qrupunun səyyar iclası Laçın şəhərində baş tutacaq: 

"Laçına gedərkən əməliyyat sahələrinə baş çəkdik. Hazırda Cəbrayıl rayonunun Sarıcallı kəndi ərazisində aparılan təmizləmə əməliyyatları ilə tanış oluruq. Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən işçi qrupu mütəmadi olaraq belə səyyar toplantılar keçirir". 

Sədr təəssüflə qeyd edib ki, mina qurbanlarının sayı artır:

"Dinamika aşağı düşsə də, yenə hadisələr baş verir. Müharibə bitdiyi gündən indiyə qədər bu partlayışlar nəticəsində 69 nəfər həlak olub, 377 nəfər minaların qurbanı olub". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO