Tural Gəncəliyev keçmiş məcburi köçkünlərlə görüşdü – VİDEO

Tural Gəncəliyev keçmiş məcburi köçkünlərlə görüşdü – VİDEO

Hazırda oxunan: Tural Gəncəliyev keçmiş məcburi köçkünlərlə görüşdü – VİDEO

206902

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə 122 saylı Xankəndi seçki dairəsində bitərəf namizəd Tural Gəncəliyev seçicilərlə görüşlərə davam edir.  

Bizim.Media xəbər verir ki, Tural Gəncəliyev bu dəfə Xətai rayonunda yaşayan keçmiş məcburi köçkünlərlə görüşüb. 

T.Gəncəliyev onların problemləri ilə maraqlanıb. 

Daha sonra o, namizəd olduğu Xankəndi şəhərinə yollanıb. 

“Xankəndidə də görüləcək işlər çoxdur. Xətaidən Xankəndiyə salamlar aparırıq!”, - deyə deputatlığa namizəd bildirib. 

Qeyd edək ki, Tural Babaşah oğlu Gəncəliyev  6 mart 1980-ci ildə Şuşa şəhərində anadan olub. Şuşanın işğalı səbəbindən 1992-ci ilin may ayından etibarən müvəqqəti olaraq Bakı şəhərinə köçüb. 

2000-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin hüquqşünaslıq ixtisası üzrə bakalavr pilləsini, 2002-ci ildə isə eyni fakültənin magistraturasını fərqlənmə diplomu ilə bitirib. 5 avqust 2004-cü ildən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

2008-2011-ci illərdə Azərbaycan Respublikasının Kanadadakı, 2014-2018-ci illərdə isə Çex Respublikasındakı səfirliklərində çalışıb. 
 

2018-ci ilin 20 dekabr tarixində keçmiş “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin qurultayının qərarı ilə qurumun İdarə Heyətinin sədri seçilib. Hazırda “Qarabağa Dönüş” İctimai Birliyinin sədri kimi fəaliyyətini davam etdirir. 


2020-ci il 9 fevral tarixində keçirilmiş parlament seçkilərində VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinə 122 saylı Xankəndi seçki dairəsindən millət vəkili seçilib. Azərbaycan Respublikası Prezidentinin 4 yanvar 2021-ci il tarixli sərəncamı ilə Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü təyin olunub. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO