Təl-Əvivdə Qətərdə aparılan danışıqlar fonunda girovların mübadiləsinə dair razılaşma tələbi ilə aksiya keçirilir.
Bizim.Media xəbər verir ki, bununla bağlı video görüntülər “Telegram” kanallarında yayılıb.
Qeyd edilir ki, HƏMAS nümayəndələri Doha danışıqlarında iştirak etmirlər. İsrail nümayəndə heyətinə isə “Mossad” kəşfiyyat xidməti və “Şin Bet” daxili təhlükəsizlik xidmətinin rəhbərləri daxildir. Reuters-in məlumatına görə, toplantıda Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns də iştirak edir.
Misir rəsmiləri danışıqların ilk günündən sonra bildiriblər ki, hər iki tərəf, yəni İsrail və HƏMAS arasında atəşkəs və girovların azad edilməsi razılaşması ilə bağlı hələ də ciddi fikir ayrılıqları var.
Sabah vasitəçilərin İsraillə danışıqları davam etdiriləcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
00:38 / 16.08.2024
Təl-Əvivdə girovların mübadiləsinə dair razılaşma tələbi ilə mitinq KEÇİRİLİR - ANBAAN VİDEO
Hazırda oxunan: Təl-Əvivdə girovların mübadiləsinə dair razılaşma tələbi ilə mitinq KEÇİRİLİR - ANBAAN VİDEO
Hazırda oxunan: Təl-Əvivdə girovların mübadiləsinə dair razılaşma tələbi ilə mitinq KEÇİRİLİR - ANBAAN VİDEO
206882
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.