Cəlilabadda DƏHŞƏT: Məktəbli oğlan həmcinsini zorlamaq istədi

Cəlilabadda DƏHŞƏT: Məktəbli oğlan həmcinsini zorlamaq istədi

Hazırda oxunan: Cəlilabadda DƏHŞƏT: Məktəbli oğlan həmcinsini zorlamaq istədi

206865

Cəlilabad rayonunda 2009-cu il təvəllüdlü İntiqam, şəxsi münasibətlər zəminində yaranan mübahisə nəticəsində tanışı, 2008-ci il təvəllüdlü Vüsala (ad şərti göstərilib - red.) xəsarət yetirib.

Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, hadisə bu ilin fevralın 10-da baş verib. İntiqam həmin gün saat 11:30-da evlərinin qarşısındakı dərənin yaxınlığında qonşusu Vüsalın ona şəxsiyyətini təhqir edərək alçaldan sözlər deməsi və iradlarına məhəl qoymaması səbəbindən şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı üzərində gəzdirdiyi bıçaqla onun qarnına və bel nahiyəsinə bir dəfə zərbə vurub.

Hadisəni törədən İntiqam barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İntiqam ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Vüsal qonşusudur və onunla münasibətləri əvvəldən yaxşı olmayıb:

"Vüsal mənim anamın ünvanına nalayiq sözlər işlədərək təhqir etdi. Hadisədən təxminən beş il əvvəl Vüsal mənə cinsi əlaqədə olmağı təklif etdi. Mən bu təklifə razılaşmadığımdan məni döydü və məni biabır edəcəyini bildirdi. Bundan sonra Vüsal mənə dəfələrlə cinsi əlaqədə olmağı təklif etsə də, yenə də razılaşmadım. Hadisə günü səhər saat 11:00 radələrində nənəmgilə gedərkən Vüsal məni çağırdı və yenə cinsi əlaqədə olmağı təklif etdi. Dərə adlanan yerdə Vüsalla görüşdüm. Vüsal öz cinsi orqanını çıxarmaq istəyərkən cibimdən bıçağı çıxarıb onun qarın boşluğuna bir zərbə vurdum ki, məndən uzaqlaşsın. Bıçağı vurduqdan sonra Vüsal yerdə uzanaraq ağlamağa başladı. Özüm isə qorxduğumdan hadisə yerindən qaçdım".

Təqsirləndirilən şəxs bildirib ki, hadisə vaxtı ətrafda heç kim olmayıb, buna görə də hadisəni heç kim görməyib:

"Vüsalın anamı təhqir etdiyindən və özümə cinsi əlaqədə olmağı təklif etdiyindən hadisəni törətmişəm. Vüsalı öldürmək niyyətim olmayıb. İstintaq zamanı ifadə verərkən utandığımdan hadisəni olduğu kimi danışmamışam. Əməlimdən peşmanam".

Təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yaranıb. Bu səbəbdən məhkəmədə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub. O, həmin ifadəsində özünü ittiham üzrə qismən təqsirli bilib. Həmin ifadəsində zərərçəkmiş şəxslə zarafatlarına və təhqirlərinə dözə bilmədiyindən evdən özü ilə gətirdiyi bıçaqla bir dəfə onun qarın, bir dəfə isə kürək nahiyəsindən vurduğunu göstərib. Təqsirləndirilən şəxs həmin ifadəsində zərərçəkmiş şəxsin ona qarşı seksual xarakterli hərəkətlər etməsi barədə hər hansı bir dəlil təqdim etməyib.

İş üzrə zərərçəkmiş Vüsalın sözlərinə görə, fevralın 10-da saat 11:00 radələrində yaşadığı evin yaxınlığında qoyun otaran zaman İntiqam onun yanına gəlib və dərədə tülkü ölməsini bildirib:

"Mənə həmin yerə baxmağa getməyimi xahiş etdi. Mən də etiraz etməyərək həmin yerə getdim. Dərəyə çatan kimi İntiqam mənə uzun müddətdir ki, idmanla məşğul olub-olmadığımı, köynəyimi qaldırmağımı xahiş etdi. Mən də əynimdə olan köynəyi qaldırdım. Bu zaman İntiqam əlindəki qırmızı dəstəkli bıçaqla bir dəfə qarın, bir dəfə isə kürək nahiyələrimdən vurdu. Sonra isə oradan qaçaraq uzaqlaşdı. Mən huşumu itirdim, bir daha xəstəxanada ayıldım. Hazırda təqsirləndirilən şəxsdən şikayətçiyəm, onunla barışmamışam".

Zərərçəkmiş şəxs bildirib ki, İntiqamı təhqir etməyib, ona qarşı heç vaxt seksual xarakterli hərəkətlər etməyib:

"Bu hadisə Cəlilabad şəhərində evimizin yaxınlığında baş verib. Mən İntiqamı vurmamışam. İntiqam ilə əvvəllər aramızda ədavət və ya düşmənçilik olmayıb. Aramızda olan münaqişə təxminən beş dəqiqə davam etdi. Hadisəni heç kim görməyib".

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə İntiqam 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi müəyyən edilib.

Qeyd edək ki, İntiqam hadisə törədilən zaman 8-ci sinfin, zərərçəkmiş Vüsal isə 9-cu sinfin şagirdi olublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO