Xəstəlikdən vəfat etmiş Daxili Qoşunların əsgəri Sərxan Nəriman oğlu Qurbanov bu gün doğulduğu Xaçmazın Qıraqlı kənd qəbrisstanlığında dəfn edilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, dəfn mərasimində əsgərin ailə üzvləri, sakinlər, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak edib.
Xaçmaz icra hakimiyyətinin başçısı Elnur Rzayev şəhidin tabutu bükülmüş bayrağı atası Nəriman Qurbanova təqdim edərək onlara başsağlığı verib.
Çıxışında rayon rəhbəri bildirib ki, Sərxan vətənpərvər ailədə böyüyüb, Vətən Müharibəsiində iştirak edən atasından və qardaşının vətənpərvərliyindən çox şey əldə edib.
Qeyd edək ki, 7 aydır hərbi xidmətdə olan Sərxan Qurbanov ötən gün xidmət etdiyi hərbi hissədə ağır xəstəlikdən dünyasını dəyişib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.