Ağsuda ölümlə nəticələn qəza ilə bağlı cinayət işi BAŞLANIB

Ağsuda ölümlə nəticələn qəza ilə bağlı cinayət işi BAŞLANIB

Hazırda oxunan: Ağsuda ölümlə nəticələn qəza ilə bağlı cinayət işi BAŞLANIB

206840

Ağsuda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb.

Bu barədə DİN-nin mətbuat xidmətinin Şəki Regional qrupundan Bizim.Media-nın yerli bürosunun sorğusuna cavab olaraq bildiriib.
 

MÖVZU İLƏ BAĞLI:

 Ağsuda ağır QƏZA: Ölən və yaralanan var - FOTO


Bildirilib ki, hazırda faktla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, bu gün Ağsu rayonunda “VAZ 2106” markalı maşının sürücüsü, rayon sakini Nazim Abışov şəhər ərazisində hərəkətdə olarkən qəfildən idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq daş hasara çırpılıb. Qəza zamanı avtomobildə olan sərnişin Ağsu sakini Əmirov Rövşən Əzizbəy oğlu elə hadisə yerindəcə dünyasını dəyişib.

Sürücü Abışov Nazim Paşa oğlu isə ağır bədən xəsarətləri alaraq Ağsu Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO