ANAMA işğaldan azad olunmuş ərazilərdə işləmək istəyənlər üçün sənəd qəbulu ELAN EDİR

ANAMA işğaldan azad olunmuş ərazilərdə işləmək istəyənlər üçün sənəd qəbulu ELAN EDİR

Hazırda oxunan: ANAMA işğaldan azad olunmuş ərazilərdə işləmək istəyənlər üçün sənəd qəbulu ELAN EDİR

206835

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərdə nəqliyyat üzrə mütəxəssis, avtoçilingər, vulkanizatorçu vəzifələrində işləmək istəyənlər üçün sənəd qəbulu elan edir.

ANAMA-dan Bizim.Media-ya verilən məlumata görə, namizədlərin müvafiq sahədə peşə təhsili olmalıdır.

Maraqlananlar əlaqə telefonu göstərməklə aşağıdakı sənədləri [email protected] ünvanına göndərməlidir.

müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə;

şəxsiyyət vəsiqəsinin surəti;

təhsilə dair təsdiqedici sənədin surəti;

əmək kitabçasının surəti (olduğu halda).

Sənəd qəbulu bu il sentyabrın 30-dək həyata keçiriləcək.

Seçim zamanı işğaldan azad olunmuş ərazilərdən məcburi köçkün olan şəxslərin namizədliyinə üstünlük veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO