Ağstafada Kürdə batan kişinin meyiti tapıldı

Ağstafada Kürdə batan kişinin meyiti tapıldı

Hazırda oxunan: Ağstafada Kürdə batan kişinin meyiti tapıldı

206829

Dünən Ağstafada batan 56 yaşlı kişinin meyiti tapılıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Kür çayının Saloğlu kənd ərazisindən keçən hissəsində Ağstafa rayonu Köçvəlili nümayəndəliyinin Soyuqbulaq qəsəbə sakini, 1968-cı il təvəllüdlü Şıxiyev Rasim Vahid oğlu çımmək istəyərkən batıb. 

Əraziyə FHN-in dalğıc-axtarış qrupu cəlb olunub və bu gün Kürün Ağstafa rayon ərazisindən keçən hissəsində 56 yaşlı R. Şıxıyevin meyiti tapılaraq aidiyyatı üzrə təhvil verilib.

Şahidlərin sözlərinə görə, Şıxıyev dostları ilə çay kənarında dincəlirmiş və çımmək istəyərkən çayda batıb.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO