Deputatlığa namizəd Soltan Məmmədov seçicilərlə görüşlərinə davam edir – FOTO

Deputatlığa namizəd Soltan Məmmədov seçicilərlə görüşlərinə davam edir – FOTO

Hazırda oxunan: Deputatlığa namizəd Soltan Məmmədov seçicilərlə görüşlərinə davam edir – FOTO

206827

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə 12 saylı Xəzər birinci seçki dairəsində bitərəf namizəd Soltan Məmmədov Şağan qəsəbəsində seçici Sevda Abdullayevanın qonağı olub. 

Bizim.Media xəbər verir ki, bu barədə namizəd deputat öz sosial şəbəkə hesabında məlumat yayıb. 

S.Məmmədov 20 il ərzində 124 nömrəli orta ümumtəhsil məktəbinin direktoru vəzifəsində çalışmış seçici Sevda Abdullayevanın həyətdə yaratdığı muzeylə tanış olub:

“Sevda xanım uzun müddət pedaqoji fəaliyyətlə məşğul olub. Ona məxsus həyətdə unikal muzey fəaliyyət göstərir və onun yaradılması tarixi də olduqca maraqlıdır. Muzeyin yaradıcısı Səyavuş Əlizadə Sevda xanımın şagirdi olub və məktəb illərindən muzey işinə maraq göstərib. Təsadüfi deyildir ki, ilk sərgisi də elə məktəbdə təşkil olunub. 

Zamanla kolleksiya o qədər genişlənib ki, Səyavuş müəllimin eksponatlarını toplamağa yeri qalmayıb. Çətinliyi ilə bağlı Sevda xanıma müraciət edib və muzeyi qədər də unikal cavab alıb. S.Abdullayeva ona məxsus evin bir hissəsini muzey etmək üçün şagirdinə təklif edib. Hazırda Xəzər Muzeyi məhz həmin evdə yerləşib. Şagirdi muzeyi müəlliməsinin adına təsis edib", - namizəd paylaşımında qeyd edib. 

Deputatlığa namizəd muzeydəki eksponatlardan heyrətləndiyini bildirib: 

“Muzeydə 14 min eksponat var. Burada əsas etibarilə Şağan qəsəbəsinə, bir qədər geniş coğrafiyada götürdükdə isə Abşerona aid incəsənət əsərləri, tarixi abidə nümunələri, yerli elm, mədəniyyət, incəsənət xadimlərinə məxsus sənədlər, medal və təltiflər, musiqi alətləri, əl işləri toplanıb. Muzeydə numizmatiklər üçün də pul nümunələrindən ibarət geniş kolleksiya var. Təbii ki, onların hamısını kiçik muzeyə yerləşdirmək çətindir. Bu baxımdan, Şağan kəndinin turistlər üçün özəl məkanlarından olan bu muzeyin genişlənməsi və müasirləşməsi lazımdır”, - o, vurğulayıb. 

S.Məmmədov Muzeyə baxışı müddətində həm S.Abdullayeva, həm də S.Əlizadə ilə hərtərəfli söhbət edib, çay süfrəsinə qonaq olub: 

“Hər bir yaşayış məntəqəmizi, kənd və qəsəbələrimizi, rayon və şəhərlərimizi, bütövlükdə isə vətənimizi bizim üçün dəyərli edən belə işıqlı vətəndaşlarımızdır”. 

Qeyd edək ki, Soltan Məmmədov 1996-1997-ci illərdə Azərbaycan Dövlət Neft Şirkətinin Balaxanı Neft İdarəsində operator-nəzarətçi, 1997-2001-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzində mühəndis, şöbə rəisi, 2003-2005-ci illərdə Ümumdünya Səhiyyə Təşkilatında inzibati köməkçi işləyib. 2005-2015-ci illərdə Rostropoviç-Vişnevskaya Fondunun Azərbaycandakı nümayəndəliyinin icraçı direktoru, 2015-2019-cu illərdə QİÇS, Vərəm və Malyariya Xəstəlikləri ilə Mübarizə üzrə Qlobal Fondun Maliyyə komitəsinin sədri (ictimai əsaslarla), Direktorlar Şurasının üzvü (ictimai əsaslarla) olub. 2015-2020-ci illərdə Heydər Əliyev Fondunun Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin aparıcı mütəxəssisi, müdiri, Beynəlxalq əlaqələr departamentinin rəisi vəzifələrində çalışıb.

O, Milli Məclisin 14 saylı Xəzər seçki dairəsi üzrə VI çağırış deputatı olub. Texnika üzrə fəlsəfə doktorudur.  

S.Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin 6 may 2019-cu il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib. 
























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO