Bakıda obyektdəki yanğın evə keçdi - VİDEO

Bakıda obyektdəki yanğın evə keçdi - VİDEO

Hazırda oxunan: Bakıda obyektdəki yanğın evə keçdi - VİDEO

206815

Fövqəladə Hallar Nazirliyi Xətai rayonunda baş verən yanğınla bağlı məlumat yayıb. 

Bizim.Media xəbər verir ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub: 

"Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. 

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində doqquzmərtəbəli yaşayış binasının qarşısında yerləşən köşkdə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb". 

Məlumatda qeyd edilib ki, yanğın nəticəsində ümumi sahəsi 12kv.m. olan taxta konstruksiyadan ibarət köşk və 60 kv.m. sahədə quru otluq ərazi yanıb. 

Yaxınlıqdakı ev yanğından mühafizə olunub. 

*** 16:33

Bakının Xətai rayonu N.Tusi küçəsində obyektdə yanğın hadisəsi baş verib və alov yaxınlıqdakı yaşayış evinə keçib. 

Bizim.Media “baku.ws”ə istinadən xəbər verir ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. 

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. 

Hadisə yerindən görüntüləri təqdim edirik: 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO