Orxan Abdullayev Qarabağ Universitetində yüksək vəzifəyə TƏYİN EDİLDİ

Orxan Abdullayev Qarabağ Universitetində yüksək vəzifəyə TƏYİN EDİLDİ

Hazırda oxunan: Orxan Abdullayev Qarabağ Universitetində yüksək vəzifəyə TƏYİN EDİLDİ

206802

Hökümətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində Macarıstanın ən nüfuzlu universiteti olan Eötvös Lorand Universitetinin Təhsil və psixologiya fakültəsinin doktorantura pilləsinə qəbul alan Orxan Abdullayev Qarabağ Universitetində Pedaqoji fakültənin dekan müavini vəzifəsinə təyin olunub. 

Bizim.Media xəbər verir ki, Orxan Abdullayev 1995-ci ildə anadan olub. Azərbaycan Dillər Universitetində İngilis dili müəllimliyi ixtisası üzrə bakalavr təhsili alıb. 2017-2019-cu illərdə Almaniyanın Johannes Mainz Guttenber Universitetində Sosiolinqvistika və çoxdillilik ixtisası, 2019-2021-ci illərdə Romanın La Sapienza Universitetində isə İngilis və Anglo-Amerikan tədqiqatları üzrə ikinci magistr təhsili alıb. 

2021-2023-cü illərdə HTP çərçivəsində Eötvös Lorand Universitetində Təhsil Elmləri ixtisası üzrə magistr proqramını bitirib. 

Hazırda Orxan Abdullayev HTP çərçivəsində Eötvös Lorand Universitetində Təhsil texnologiyaları üzrə doktorantura təhsili alır, “Süni İntellekt və onun təhsildə istifadəsi” üzrə tədqiqat işləri aparır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO