Bərdədə Birinci Qarabağ müharibəsinin qadın şəhidi ilə vida mərasimi keçirilir - FOTO

Bərdədə Birinci Qarabağ müharibəsinin qadın şəhidi ilə vida mərasimi keçirilir - FOTO

Hazırda oxunan: Bərdədə Birinci Qarabağ müharibəsinin qadın şəhidi ilə vida mərasimi keçirilir - FOTO

206795

Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan mülki şəhid Təranə (Əsmayə) Davud qızı Zeynalovanın meyitinin qalıqları Bərdə rayonuna gətirilib. 

Bizim.Media xəbər verir ki, şəhidin nəşi Bərdə rayonunda ailəsinə təhvil verilib. 

Qeyd edək ki, Təranə (Əsmayə) Davud qızı Zeynalova 1970-ci il iyunun 1-də anadan olub. O, 1993-cü il martın 31-də Kəlbəcər rayonunun Qamışlı kəndi istiqamətində (“Tunel” adlanan ərazi) itkin düşüb.

T.Zeynalovanın qalıqları Xocalı rayonunun Malıbəyli kəndindəki məzarlıqda aşkar edilib. 

T.Zeynalova Bərdə şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO