DİN Biləsuvarda əməliyyat keçirdi – SAXLANILANLAR VAR - FOTO

DİN Biləsuvarda əməliyyat keçirdi – SAXLANILANLAR VAR - FOTO

Hazırda oxunan: DİN Biləsuvarda əməliyyat keçirdi – SAXLANILANLAR VAR - FOTO

206756

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı əməliyyat keçiriblər.  

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. 

Bildirilib ki, tədbirlərlə 46 yaşlı Rəşad Həsənov və 38 yaşlı Yusif Hacıyev saxlanılıblar. Onlardan ümumilikdə 4 kiloqram marixuana və metamfetamin, əlavə olaraq 46 ədəd metadon həbi aşkarlanıb. 

Araşdırmalarla onların narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdikləri və Bakı şəhəri ərazisində deyiləcək ünvanlara çatdırmağa razılaşdıqları müəyyən edilib. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO