Sentyabrın 1-də keçiriləcək Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərdə namizədliyi qeydə alınan şəxslərə xəbərdarlıq edilib.
Bizim.Media “report.az”a istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasından məlumat verilib.
Belə ki, seçkilərdə 28 saylı Naxçıvan şəhər seçki dairəsindən namizədliyi qeydə alınan İsmayılxanlı Rövşən Əli oğlu, 8 saylı Düdəngə seçki dairəsindən namizədliyi qeydə alınan Mahmudov Rövşən Əzim oğlu, Mehdiyev Həkimeldostu Bayram oğlu və Nadirov Cavanşir Abbasqulu oğlu “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” qanunun 63-cü maddəsinin tələblərini pozaraq seçkiqabağı təşviqat aparılması müddətinin tələblərinə əməl etməyiblər.
Bildirilib ki, 28 saylı Naxçıvan Şəhər və 8 saylı Düdəngə dairə seçki komissiyaları “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” qanunun 20.4, 20.13, 29.1.1, 31.2, 63 və 99.1-ci maddələrini rəhbər tutaraq onlara xəbərdarlıq ediblər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:07 / 15.08.2024
Naxçıvanda dörd deputatlığa namizədə XƏBƏRDARLIQ
Hazırda oxunan: Naxçıvanda dörd deputatlığa namizədə XƏBƏRDARLIQ
Hazırda oxunan: Naxçıvanda dörd deputatlığa namizədə XƏBƏRDARLIQ
206755
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.