Kürdəmirdə səhər saatlarından yağmağa başlayan leysan yağışları ictimai həyatı iflic edib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, leysan suları nəticəsində rayonun bəzi küçə və prospektlərində hərəkət tamamilə dayanıb.
Mövcud vəziyyət rayonun Bakı prospekti, Şəhriyar, Xanlar, Həsrət Hüseynov, eləcə də Məhəmməd Hadi küçəsində daha da acınacaqlıdır. Belə ki, adı çəkilən küçələrdə gediş-gəliş tamamilə bağlanıb və sakinlər evlərindən çölə çıxmağa çətinlik çəkirlər.
Qeyd edək ki, Kürdəmirdə son 3-4 ay ərzində bu vəziyyət bir neçə dəfədir ki, təkrarlanır və bununla bağlı aidiyyatı qurumlar tərəfindən heç bir əməli işlər həyata keçirilməyib.
Bizim.Media, Aran bürosu
![Kürdəmirdə leysan fəsadlar törətdi, küçələri su basdı – FOTO/VİDEO Kürdəmirdə leysan fəsadlar törətdi, küçələri su basdı – FOTO/VİDEO](https://bizim.media/file/articles/2024/08/15/1723707370_photo_5327994518412321267_w.jpg)
- A-
- A
- A+
Cəmiyyət
11:36 / 15.08.2024
Kürdəmirdə leysan fəsadlar törətdi, küçələri su basdı – FOTO/VİDEO
Hazırda oxunan: Kürdəmirdə leysan fəsadlar törətdi, küçələri su basdı – FOTO/VİDEO
Hazırda oxunan: Kürdəmirdə leysan fəsadlar törətdi, küçələri su basdı – FOTO/VİDEO
206750
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.