Şimal bölgəsində havanın temperaturu ENDİ: 10 dərəcə isti...

Şimal bölgəsində havanın temperaturu ENDİ: 10 dərəcə isti...

Hazırda oxunan: Şimal bölgəsində havanın temperaturu ENDİ: 10 dərəcə isti...

206727

Ötən günlə müqayisədə şimal bölgəsində havanın temperaturu xeyli aşağı düşüb. 

Bizim.Media-nın Quba Ərazi Hidrometerologiya idarəsindən əldə etdiyi məlumata görə, temperaturun 5-6 dərəcə aşağı düşdüyü qeydə alınıb. 

Məsələn, Qubanın ən ucqar kəndi Qrızda hazırda 10 dərəcə isti var. Digər ərazilərdə də havanın soyuması müşahidə edilir. 

Avqustun 15-i gecə saat 1 radələrində Quba, Qusar, Xaçmazda yağıntı qeydə alınıb. Küləklə müşahidə edilən yağışlı havanın fəsadları barədə hələlik məlumat yoxdur. Dağ çaylarında sululuq yenidən artıb. Qeyri-sabit havanın avqustun 17-dək davam edəcəyi deyilir. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO