Naxçıvanda İdarələrarası Elektron İnformasiya Mübadiləsi Sistemi yaradılır

Naxçıvanda İdarələrarası Elektron İnformasiya Mübadiləsi Sistemi yaradılır

Hazırda oxunan: Naxçıvanda İdarələrarası Elektron İnformasiya Mübadiləsi Sistemi yaradılır

206704

Naxçıvan Muxtar Respublikasında rəqəmsal idarəçiliyin tətbiqini sürətləndirmək, dövlət orqanları (qurumları) arasında real vaxt rejimində və təhlükəsiz qaydada informasiya mübadiləsinin aparılmasını təmin etmək, dövlət informasiya ehtiyatları və sistemləri arasında məlumat mübadiləsinin səmərəliliyini artırmaq və elektron xidmətlərin göstərilməsində idarəetməni optimallaşdırmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov “Naxçıvan Muxtar Respublikasında idarələrarası elektron informasiya mübadiləsi sisteminin yaradılması və fəaliyyətinin təmin edilməsi barədə” Fərman imzalayıb.

Bizim.Media xəbər verir ki, müvafiq fərmanla “Naxçıvan Muxtar Respublikasında İdarələrarası Elektron İnformasiya Mübadiləsi Sistemi haqqında Əsasnamə” təsdiq edilib.
 

Fərmana əsasən Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi sistemin texniki infrastrukturunun qurulmasını 2024-cü ilin sonunadək başa çatdıracaq, sistemin fəaliyyətinin təşkilini, idarə olunmasını, təhlükəsizliyini, təkmilləşdirilməsini və ondan səmərəli istifadəni təmin edəcək və aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə sistemə keçid prosesinin sürətləndirilməsi məqsədilə mövcud kommunikasiya infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı tədbirlər görəcək.


Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, Maliyyə və Ədliyyə nazirlikləri Fərmandan irəli gələn digər məsələləri həll edəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO