“Deputatlığa namizədlər media subyektlərinə qarşı həssas davranmalıdır” - Rəşad Məcid

“Deputatlığa namizədlər media subyektlərinə qarşı həssas davranmalıdır” - Rəşad Məcid

Hazırda oxunan: “Deputatlığa namizədlər media subyektlərinə qarşı həssas davranmalıdır” - Rəşad Məcid

206680

“Hamımız görürük ki, son zamanlar deputatlığa namizədlər təbliğat-təşviqat məsələlərində daha çox sosial şəbəkələrdən istifadə edir. Çünki bu sosial şəbəkələrdə ödənişsizdir və rahatdır”. 

Bizim.Media xəbər verir ki, bu sözləri demokrat.az-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin sədri Rəşad Məcid deyib. 

O bildirib ki, məhz buna görə indi sosial şəbəkələrdən istifadə artıb:
 

“Güman edirəm ki, gələcək illərdə bu artsa, ola bilsin ki, sosial şəbəkələrdə bu cür reklamları ödənişli etməyə məcbur olacaq. Amma yenə də bizim media subyektlərinə qarşı millət vəkilləri, gələcək millət vəkilləri, millət vəkili namizədlər həssas davranmalıdırlar.


Elə bilirəm ki, bu seçki prosesi həm də media üçün, iqtisadi cəhətdən də hiss olunacaq köməklik olmalıdır. Deputatlar və namizədlər də medianın bu imkanlarından bəhrələnib ödənişli, təşviqat təbliğatdan istifadə etməlidirlər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO