Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəlilabad rayonu, Moranlı kəndində vətəndaşların dərinliyi təxminən 15 metr olan su quyusuna düşməsi barədə məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Cəlilabadda FACİƏ:Ata və qız su quyusuna düşərək HƏYATINI İTİRDİ
Bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində 1981-ci il təvəllüdlü Məmmədov Həsənağa Təvəkkül oğlu və 2004-cü il təvəllüdlü Məmmədova Nəsibə Həsənağa qızının meyitləri quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Bizim.Media