Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha yeddi şəhid dəfn olunacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Bildirilib ki, avqustun 15-də hərbçilər Camalov Elman Hüseyn oğlu, Əbilov Əbülfəz Əbülfət oğlu, Hüseynov Cavanşir Ərşad oğlu, mülki şəxs Şirinov Tahir Şirin oğlu Abşeron rayonu Mehdiabad qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn olunacaqlar.
Həmçinin hərbçi İbrahimov Camaləddin İbad oğlu Bakı şəhəri, Suraxanı rayonu Əmircan kəndində dəfn olunacaq. Digər hərbçi Yarıyev Qənbər Teymur oğlu isə Salyan rayonu Şəhidlər Xiyabanında dəfn ediləcək.
Mülki şəxs Zeynalova Təranə (Əsmayə) Davud qızı sabah Bərdə şəhəri Şəhidlər Xiyabanında dəfn ediləcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:56 / 14.08.2024
Birinci Qarabağ müharibəsinin daha yeddi şəhidi DƏFN EDİLƏCƏK - FOTO
Hazırda oxunan: Birinci Qarabağ müharibəsinin daha yeddi şəhidi DƏFN EDİLƏCƏK - FOTO
Hazırda oxunan: Birinci Qarabağ müharibəsinin daha yeddi şəhidi DƏFN EDİLƏCƏK - FOTO
206643
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.