Qəzza zolağında vəziyyətin nizamlanması üzrə danışıqların növbəti raundu avqustun 15-də Qətərdə keçiriləcək.
Bizim.Media “TASS”-a istinadən xəbər verir ki, bu barədə Netanyahunun ofisinin müşaviri Dmitri Gendelman deyib.
Məlumata görə, İsrail nümayəndə heyətinə "Mossad" kəşfiyyatının direktoru David Barnea başçılıq edəcək.
Xatırladaq ki, Misir, Qətər və ABŞ liderləri avqustun 9-da birgə bəyanat yayaraq, İsraili və Fələstinin radikal HƏMAS hərəkatını avqustun 15-də Doha və ya Qahirədə Qəzza zolağında atəşkəs danışıqlarını bərpa etməyə çağırıblar.
Vasitəçilər, həmçinin, ABŞ Prezidenti Co Baydenin irəli sürdüyü və BMT Təhlükəsizlik Şurasının 2735 saylı qətnaməsi ilə dəstəklənən prinsiplərə əsaslanan yekun saziş layihəsini təqdim etməyə hazır olduqlarını açıqlayıblar.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:27 / 14.08.2024
Qəzza üzrə növbəti danışıqların yeri və vaxtı AÇIQLANDI
Hazırda oxunan: Qəzza üzrə növbəti danışıqların yeri və vaxtı AÇIQLANDI
Hazırda oxunan: Qəzza üzrə növbəti danışıqların yeri və vaxtı AÇIQLANDI
206622
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.