Bakıda su PROBLEMİ - Nəsimi və Yasamal sakinləri günlərdir içməli suya HƏSRƏTDİR

Bakıda su PROBLEMİ - Nəsimi və Yasamal sakinləri günlərdir içməli suya HƏSRƏTDİR

Hazırda oxunan: Bakıda su PROBLEMİ - Nəsimi və Yasamal sakinləri günlərdir içməli suya HƏSRƏTDİR

206613

Bir neçə gündür Bakı şəhəri Nəsimi və Yasamal rayonlarında sakinlər su üzünə həsrət qalıblar.

Redaksiyamıza daxil olan şikayətlərə əsasən, günün yalnız səhər saatlarında qısa vaxt ərzində içməli su verilir. Bu isə isti yay günlərində məişət problemlərini yoluna qoymaq üçün yetmir. Sakinlərin dediyinə görə günlərdir problemin səbəbini öyrənmək üçün “Azərsu” ASC-nin nə Qaynar xətti ilə əlaqə yarada bilirlər, nə də zənglərə cavab verən tapılır.

Bəs iki böyük rayonun su problemi nə vaxt həllini tapacaq?

Bizim.Media məsələni aydınlaşdırmaq üçün İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ilə əlaqə saxlayıb.

Qurumun mətbuat katibi Ceyhun Musaoğlu Bizim.Media-ya bildirib ki, sözügdən rayonlarda suyun fasilələrlə təmini Oğuz - Qəbələ su xəttində aparılan təmir-bərpa işləri ilə bağlıdır:

“Təmir işlərinə avqustun 12-i  gecə saatlarından başlanıb. Hazırda həmin ərazidə geniş tərkibli yenilənmə işləri görülür.
 

Təmir-bərpa işləri nəticəsində Yasamal, Səbail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər  Suraxanı, Ramanı, Pirallahı rayonlarına suyun verilməsi rejimində dəyişiklik edilib. Əhalinin digər mənbələr hesabına suyla təmin olunması isttiqamətində işlər aparılır.


İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin təşkilatçılığı ilə həmin ərazilərin təminatında həm də su maşınlarından istifadə olunacaq”.

Qurum rəsmisi əlavə edib ki, Oğuz - Qəbələ xəttində təmir-bərpa işlərinin avqustun 16-sı axşam saatlarında yekunlaşması və həmin istiqamət üzrə tam rejimə çıxılması planlaşdırılır.

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO