“Mülki əhali artıq Dağlıq Qarabağı tamamilə tərk etməkdədir. Müharibənin də qanunlarından biri odur ki, əgər mülki əhali yoxdursa, həmin şəhərləri qorumağın da bir mənası qalmır”.
Bu sözləri Bizm Media-ya politoloq Elxan Şahinoğlu bildirib. Artıq Azərbaycan Ordusu Şuşa istiqamətində qələbələrini davam etdirir, Laçın yolu müəyyən qədər nəzarətə götürülüb:
“Ermənistanın əhalisi 2 milyondan bir qədər artıqdır."
"Özlərinin etiraf etdiyinə görə, gündə əgər 25-50 nəfər, ayda 1000 nəfər itirirlərsə, müharibə bir il davam etsə, hələ rəsmi rəqəmlərinə görə 15 min itki verəcəklər. Qeyri-rəsmi isə bu 40-50 min itki deməkdir. Cəmi 60-70 min nəfərlik ordu tamamilə buxarlanacaq”.
Elxan Şahinoğlu bildirir ki, ona görə də artıq heç kim vuruşmaq istəmir:
“Qarabağdakı “bürokratlar”, həm də İrəvandan savaşmağa gələn vəzifəlilər bilirlər ki, bunun heç bir mənası yoxdur. Onlar da döyüşmək istəmirlər, deyirlər ki, əgər biz məğlub oluruqsa, o zaman nəyin uğruna ölürük”.
“Bu təhlükəni Dağlıq Qarabağdakı “bürokratlar” və Ermənistanda hakimiyyətdə olanlar da görür. Ona görə də ölmək istəmirlər”.
Separatçıların “adminstrasiyasının” Ermənistana köçürülməsinə gəlincə, Elxan Şahinoğlu deyir ki, bu artıq ağır məğlubiyyətin etirafdır:
“Əgər rəhbərlər gedirlərsə, burda söz bitmiş hesab olunur. Mülkü əhali görəndə ki, onlara rəhbərlik edənlər İrəvana qaçıb, onalar də tədricən şəhəri boşaldacaqlar. Bir həftəyə Qarabağda erməni qalmayacaq”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:56 / 05.11.2020
“Erməni əsgəri artıq döyüşmək istəmir” – Elxan Şahinoğlu
Hazırda oxunan: “Erməni əsgəri artıq döyüşmək istəmir” – Elxan Şahinoğlu
Hazırda oxunan: “Erməni əsgəri artıq döyüşmək istəmir” – Elxan Şahinoğlu
2066
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.