Komando kursunun buraxılış mərasimi keçirildi – FOTO

Komando kursunun buraxılış mərasimi keçirildi – FOTO

Hazırda oxunan: Komando kursunun buraxılış mərasimi keçirildi – FOTO

206586

2024-cü il üçün hazırlıq planına uyğun olaraq, "Komando başlanğıc kursu"nun növbəti buraxılış mərasimi keçirilib.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, mərasimdə çıxış edənlər Azərbaycan Ordusunda hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və döyüş qabiliyyətinin artırılmasında bu cür kursların əhəmiyyətini qeyd edib, kursantlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıblar.

Sonra kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub, hərbi qulluqçulara sertifikatlar təqdim olunub. Buraxılış mərasiminin sonunda şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO