Xınalıq yolunda güclü selin dağıtdığı körpü nə vaxt bərpa ediləcək? – VİDEO

Xınalıq yolunda güclü selin dağıtdığı körpü nə vaxt bərpa ediləcək? – VİDEO

Hazırda oxunan: Xınalıq yolunda güclü selin dağıtdığı körpü nə vaxt bərpa ediləcək? – VİDEO

206579

İyul ayının 29-da Quba-Xınalıq yolunun 42-ci km-də güclü seldən sonra dağılan körpü hələ də bərpa edilməyib.

Bizim.Media xəbər verir ki, uçan körpünün o tayında qalan 6 kəndin sakinləri və bu istiqamətə gedən sakinlər, turistlər yaranmış vəziyyətdən çox əziyyət çəkirlər.

Nəqliyyat vasitələrinə təklif olunan alternativ Quba-Susay-Xınalıq yolu ilə hərəkət sürücülərə uzaq olduğundan o yolla gediş-gəlişə üstünlük verilmir. Əlik, Haput, Cek kəndinin sakinləri yolu qısaltmaq üçün Əlik kəndinin girişindən "UAZ", "Niva" və digər qoşqulu nəqliyyat vasitələri ilə çaydan keçirlər. Çayda su artanda isə bu, mümkünsüz olur.

Dağ kəndlərinin əhalisi körpünün yenidən qurulmasını səbirsizliklə gözləyirlər. Rayonun rəsmi qurumları isə müraciət etdiyi aidiyyatı qurumların işə başlamasını gözləyir.

Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyası (FHK) sədri Tariyel İbrahimov Bizim.Media-ya bildirib ki, yaxın günlərdə körpünün yenidən tikilməsinə başlanılacağı gözlənilir.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO