Xəbər verdiyimiz kimi, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində təmsilçimiz "Qarabağ" Bolqarıstanın "Ludoqorets" kollektivini üstələyib və mərhələ adlayıb.
Bizim.Media “mətbuat.az”a istinadən xəbər verir ki, ilk oyunda Bakıda 1:2 hesabı ilə məğlub olan "Qarabağ"ın səfər matçının əsas hissəsi 2:3 hesabı ilə yekunlaşıb.
Əlavə vaxtda daha 4 dəfə rəqib qapısına yol tapan "Qarabağ" 7:2 hesablı fantastik qələbə ilə Çempionlar Liqasının play-off mərhələsinə adını yazdırıb.
UEFA-nın rəsmi saytında yer alan məlumata görə, Çempionlar Liqasının play-off mərhələsində iştirak edən hər bir klub 5 milyon avroya yaxın məbləğ qazanacaq. Qrup mərhələsində iştirak hüququ qazanan klublar isə 15,6 milyon avroya sahib çıxacaqlar.
Qeyd edək ki, "Qarabağ"ın bu mərhələdə rəqibi "Dinamo Zaqreb" olacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:39 / 14.08.2024
"Qarabağ"ın Çempionlar Liqasındakı qazancı bəlli oldu – MƏBLƏĞ
Hazırda oxunan: "Qarabağ"ın Çempionlar Liqasındakı qazancı bəlli oldu – MƏBLƏĞ
Hazırda oxunan: "Qarabağ"ın Çempionlar Liqasındakı qazancı bəlli oldu – MƏBLƏĞ
206567
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.