Rəşad Nəcəfov saxlanıldı - FOTO

Rəşad Nəcəfov saxlanıldı - FOTO

Hazırda oxunan: Rəşad Nəcəfov saxlanıldı - FOTO

206553

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsini təşkil edən, əvvəllər məhkum olunmuş Rəşad Nəcəfov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, ondan ümumilikdə 10 kiloqram marixuana, heroin və metamfetamin aşkarlanıb.

Araşdırmalarla onun narkotik vasitəni şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyi və pul qarşılığında deyilən ünvanlara çatdırmağa razılaşdığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO