Paytaxtda DƏHŞƏT: Küçədə iti baltaladı - VİDEO

Paytaxtda DƏHŞƏT: Küçədə iti baltaladı - VİDEO

Hazırda oxunan: Paytaxtda DƏHŞƏT: Küçədə iti baltaladı - VİDEO

206495

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Dsk yolu” adlanan ərazidə naməlum şəxs balta ilə itə ağır zərbələr endirib.

Bizim.Media xəbər verir ki, hadisəni əks etdirən görüntüləri Baku.ws yayıb.

Məlumata görə, bu gün günorta saatlarında əlində balta olan şəxs ətrafdakılara məhəl qoymadan itə vəhşicəsinə işgəncə verib: “Küçədə uşaqlar var idi, o isə heç kimə məhəl qoymadan itə xəsarətlər yetirdi”.

Mövzu ilə bağlı DİN-in Mətbuat xidmətinin baş inspektoru polis leytenantı Elbrus İbrahimov “Qafqazinfo”ya bildirib ki, görüntü araşdırılır:

“Görüntülərdən məlumatlıyıq, həmin şəxsin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür. Əlavə məlumat veriləcək”.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO