Bəzi rayonlarda leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Bəzi rayonlarda leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Hazırda oxunan: Bəzi rayonlarda leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

206459

Avqustun 14-ü gündüz əsasən dağlıq ərazilərdə, 15-dən 16-sı axşamadək isə bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. 

Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Bildirilib ki, ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Daşkəsən-Gədəbəy, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.

Avqustun 15-də axşamdan 16-sı səhərədək əksər rayonlarda yağıntıda fasilə olacaq. 

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, həmçinin Lənkəran-Astara bölgəsinin bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO