DİQQƏT: ƏDV-lərin geri qaytarılması ilə bağlı saxta sayt yaratdılar - FOTO

DİQQƏT: ƏDV-lərin geri qaytarılması ilə bağlı saxta sayt yaratdılar - FOTO

Hazırda oxunan: DİQQƏT: ƏDV-lərin geri qaytarılması ilə bağlı saxta sayt yaratdılar - FOTO

206455

Kiberdələduzlar tərəfindən yığılan ƏDV-lərin geri qaytarılması üçün saxta “edv-almaq.com” adlı veb-sayt yaradılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidmətindən məlumat verilib. 

Bildirilib ki, “edv-almaq.com” adlı veb-sayt vasitəsilə vətəndaşlardan ilk növbədə fin kodlarını daxil etmək, daha sonra isə ƏDV-lərin bank kartına köçürülməsi üçün kart məlumatlarını daxil etmək tələb olunur. 

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə saxta veb-saytlara etimad etməməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə təqdim etməməyi və hər hansı xüsusi təkliflərlə qarşılaşdıqda yalnız rəsmi mənbələrə istinad etməyi tövsiyə edir. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO