DƏHŞƏTLİ STATİSTİKA: Bu ilin 6 ayında yol qəzalarında 333 nəfər həlak olub

DƏHŞƏTLİ STATİSTİKA: Bu ilin 6 ayında yol qəzalarında 333 nəfər həlak olub

Hazırda oxunan: DƏHŞƏTLİ STATİSTİKA: Bu ilin 6 ayında yol qəzalarında 333 nəfər həlak olub

206426

2024-cü ilin yanvar-iyun aylarında 681 yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 12,7 faiz azdır.

Qeyd edilib ki, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 11,8 faiz azalaraq 931 nəfər olub. Onlardan 333-ü həlak olmuş, 598-i isə yaralanıb. Hadisələrin 42,4 faizi gündüz, 39,2 faizi gecə, 18,4 faizi isə toran vaxtı baş verib, 27,3 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 86,5 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 17,4 faiz azalaraq 242 nəfər, yaralananların sayı isə 13,5 faiz azalaraq 557 nəfər olub.

Bütün yol-nəqliyyat hadisələrinin 40,1 faizi nəqliyyat vasitələrinin və piyadaların, 38,2 faizi bir neçə nəqliyyat vasitəsinin, 21,7 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 74,5 faizini, yaralananların isə 73,2 faizini kişilər təşkil edib.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 13 hadisə baş verib, nəticədə 5 nəfər həlak olub, 9 nəfər yaralanıb. Hadisələrin 11-i minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO