Narkotikin təsiri altında mikroavtobus sürən şəxs həbs edildi – FOTO/VİDEO

Narkotikin təsiri altında mikroavtobus sürən şəxs həbs edildi – FOTO/VİDEO

Hazırda oxunan: Narkotikin təsiri altında mikroavtobus sürən şəxs həbs edildi – FOTO/VİDEO

206408

Bərdədə narkotik vasitənin təsiri altında sərnişin mikroavtobusunu idarə edən sürücü həbs edilib. 

Bizim.Media xəbər verir ki, Bərdə RPŞ-nin keçirdiyi tədbir zamanı rayondaxili marşrut xətti üzrə idarə etdiyi “Mercedes” markalı mikroavtobusla sərnișindaşıma qaydasını pozduğuna görə sürücü Murad Həsənli saxlanılıb. 

Araşdırmalarla sürücünün hüququ olmadan avtomobili idarə etdiyi və narkotikin təsiri altında olduğu müəyyən edilib. 

M.Həsənli barəsində inzibati qaydada protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. 

Məhkəmənin qərarına əsasən o, 1 ay müddətinə inzibati qaydada həbs edilib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO