İnsanı şar balığına çevirən nadir xəstəlik 36 yaşlı qadında 11 il sonra ÜZƏ ÇIXDI - FOTO

İnsanı şar balığına çevirən nadir xəstəlik 36 yaşlı qadında 11 il sonra ÜZƏ ÇIXDI - FOTO

Hazırda oxunan: İnsanı şar balığına çevirən nadir xəstəlik 36 yaşlı qadında 11 il sonra ÜZƏ ÇIXDI - FOTO

206344

ABŞ-ın Ayova ştatında yaşayan 36 yaşlı Eşli Hoskinsin sifəti xəstəliyi səbəbindən şar balığına çevrilib.

Bizim.Media tgrthaber-ə istinadən xəbər verir ki, həkimlər əvvəlcə bunun allergiya ilə bağlı olduğunu desələr də, sonradan həqiqət üzə çıxıb.

Eşli indi potensial ölümcül xəstəliyi haqqında məlumatlılığı artırmağa çalışır.

Eşli Hoskins ilk dəfə 19 yaşında dodaqlarında şişkinlik hiss etməyə başlayıb. Həkimlər bunun allergiya və ya infeksiya ilə bağlı ola biləcəyini bildiriblər. Amma sonrakı illərdə bu şişlik onun üzünə, əllərinə və ayaqlarına yayılıb. O, bədəninin digər nahiyələrində təkrarlanan şişkinliklər səbəbilə şar balığına çevrildiyini anlayıb.

11 ildən sonra həkimlər Eşlidə həqiqətən nadir bir vəziyyət olan III tip irsi anjioödem olduğunu aşkar ediblər. Xəstəliyin ölümcül riski də var. Belə ki, Eşlinin şişməsi nəfəs borusunda və ya ağciyərlərində baş verərsə, bu, ölümcül ola bilər.

Stressin xəstəliyi tətiklədiyini ifadə edən Eşli, ən çox şişən bölgələrin üzü və ayaqları olduğunu, ayaqları şişdikdə yeriməyin olduqca çətin olduğunu bildirib:

“Üzüm şişəndə insanlar “uğursuz dodaq dolğusudur?” deyə sual verirlər. Bir və ya iki dəfə sadəcə bəli dedim, ona görə izah etməyə məcbur deyiləm. Bunu yüngülləşdirməyə çalışıram, amma xəstəlik hər şeyi çətinləşdirir, hara getsəm, böyük bir çanta ilə tibbi ləvazimat götürməli oluram".

Eşli bu, az tanınan vəziyyət haqqında məlumatlılığı artırmaq istəyir ki, gələcək xəstələr onun kimi diaqnoz üçün 11 il gözləməli olmasın:

“Hal-hazırda xəstəliyin heç bir müalicə üsulu yoxdur, xüsusən də ən nadir olan III tipdə. Bu vəziyyət allergiya, infeksiyalar, miqren və qastrit kimi bir çox şeyi təqlid etdiyindən, həkimlər üçün nəyin səhv olduğunu müəyyən etmək çətindir Nəyin səhv olduğunu bilmək, lazımsız müalicələrə və kəşflərə gətirib çıxarır".

Eşli indi məlumatlılığı artırmaq və başqalarını "çətin" vəziyyətin simptomlarından xəbərdar olmaq üçün xəbərdar etmək istəyir.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO