Qarabağ Universitetinin ilk tələbəsi: “Bu, mənim üçün fəxrdir, qürurdur” - FOTO

Qarabağ Universitetinin ilk tələbəsi: “Bu, mənim üçün fəxrdir, qürurdur” - FOTO

Hazırda oxunan: Qarabağ Universitetinin ilk tələbəsi: “Bu, mənim üçün fəxrdir, qürurdur” - FOTO

206338

Xəbər verdiyimiz kimi, Mingəçevir şəhər 20 saylı tam orta məktəbin məzunu Atilla Muradlı Qarabağ Universitetinin ilk tələbəsi adını qazanıb.

Bizim.Media xəbər verir ki, A.Muradlı Qarabağ Universitetinin "Elektrik və elektronika mühəndisliyi" ixtisasında təhsil alacaq.

Lütfizadə adına Respublika məntiq olimpiadası, N.Nəbiyev adına Respublika fizika müsabiqəsi, Respublika astronomiya olimpiadası, fizika fənni üzrə Respublika fənn olimpiadalarının qalibi və mükafatçısı olan Atilla elm və təhsil nazirinin müvafiq əmri ilə “Təhsildə xüsusi nailiyyətləri ilə fərqləndiyi üçün qızıl döş nişanı”na layiq görülüb.

O, həmçinin 17-27 avqust 2024-cü il tarixində Braziliyada keçiriləcək Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında ölkəmizi təmsil edəcək.

Atilla bildirib ki, mövcud qaydalara əsasən, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən müsabiqədənkənar qaydada, yüksək göstəriciləri ilə Qarabağ Universitetinə qəbul olunub:

“Bilirsiniz ki, olimpiadalarda, digər müsabiqələrdə nailiyyətləri olan abituriyentlər ali mıktəblərə müsabiqədənkənar qəbul edilirlər. Onların ixtisas seçimi digərlərindən daha əvvəl olur. Mən iyul ayında DİM-ə sənədlərini təqdim etdim.

Avqustun 6-da ixtisas və universitet seçimi üçün DİM-ə çağırdılar. Mən istənilən ali məktəbi seçə bilərdim. Təbii ki, seçimim Qarabağ Universiteti oldu. Bu, mənim üçün fəxrdir, qürurdur.Torpaqlarımızın azad olunması ən böyük arzularımdan idi. Amma inanmazdım ki, mənim məzun olduğum il Qarabağ Universiteti açılacaq və burada oxumaq şansı qazanacağam. Buna görə çox xoşbəxtəm.

Burada "Elektrik və elektronika mühəndisliyi" ixtisasında təhsil alacağam. Növbəti hədəflərim bakalavr mərhələsini başa vurandan sonra magistr təhsilimi xaricdə almaq, Azərbaycanımıza qayıtmaqdır. Gələcəkdə ölkəmin aeorikosmik sahəsinin inkişafına töhfələr vermək istəyirəm”.

Atilla uğur qazanmasında əsas motivasıyasının valideynləri olduğunu vurğulayıb: ”Onlar mənim üçün çox əziyyət çəkiblər. İstəmişəm ki, əziyyətlərini yerə vurmayım, başlarını uca edim. Hesab edirəm ki, hər bir insanda bu potensial var. Əsas potensialı üzə çıxarmaqdır. İnsan öz potensalını biləndə daha irəli gedə bilir”.



Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO