“Müsavat” partiyası tərəfindən 45 saylı Sumqayıt dördüncü seçki dairəsindən namizədliyi irəli sürülən İkram İsrafilin namzidəliyi qeydə alınmayıb”.
Bizim.Media xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında namizədin müraciətinə baxılıb.
Bildirilib ki, namizədliyin qeydə alınmamasına səbəb namizəd tərəfindən seçki dairəsinə daxil olan 497 seçici imzasından 49-nun həmin ərazidə yaşayan seçicilərə aid olmamasıdır.
Bundan başqa araşdırma zamanı təqdim olunan seçici imzalarında 123 seçici imzası qeyri-düzgün hesab edilib.
Xatırladaq ki, İkram İsrafil Azərbaycan Respublikasının Milli Məclisinin III çağırış deputatı olub. Məlumat üçün onu da bildirək ki, İkram İsrafil “Ağ” partiya başqanı Tural Abbaslının qayınatasıdır.
Günay Şahmar, Bizim.Media