Zəngilanda əkilən toxumlar artıq cücərib - ETSN - FOTO

Zəngilanda əkilən toxumlar artıq cücərib - ETSN - FOTO

Hazırda oxunan: Zəngilanda əkilən toxumlar artıq cücərib - ETSN - FOTO

20632

“Bu ilin yaz ağacəkmə mövsümündə Zəngilan rayonunda səpilən şabalıdyarpaq palıd toxumları artıq cücərib”. 

Bizim.Media xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova sosial şəbəkə hesabında bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

ETSN: Çirkab suları təmizlənmədən Oxçuçaya axıdılır


Xatırladaq ki, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində 2500-dən çox ağac əkilib, 200 kq-dan artıq toxum səpilib.

Nazirlik sözcüsü kampaniya çərçivəsində işğaldan azad olunmuş ərazilərdə ağac əkərək zəhməti keçən hər kəsə-dövlət qurumlarının nümayəndələrinə, könüllülərə, o cümlədən ağacəkmə tədbirində iştirak edən, işıqlandıran media nümayəndələrinə dərin təşəkkürlərini bildirib:

“Qürurlanırıq ki, gözəl Qarabağımızın uzun həsrətdən sonra ayaq basdığımız torpaqları bu xırda fidanlarla, xəfif cücərtilərlə çəmənzara çevrilir və Qarabağın gözəlliyinə gözəllik qatılır”.

Xatirə, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO