Seçkilərdə “exit poll” keçirmək üçün iki təşkilat QEYDƏ alınıb

Seçkilərdə “exit poll” keçirmək üçün iki təşkilat QEYDƏ alınıb

Hazırda oxunan: Seçkilərdə “exit poll” keçirmək üçün iki təşkilat QEYDƏ alınıb

206307

Sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində “exit poll” keçirmək üçün Mərkəzi Seçki Komissiyasına müraciət edən təşkilatların sayı məlum olub.

Bizim.Media xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov qurumun bugünkü iclasında deyib.

O bildirib ki, artıq 2 təşkilat MSK-ya müraciət edib:

“Bunlardan biri “Vətəndaşların əmək hüquqlarının müdafiəsi liqası”dır. Bu təşkilat ABŞ şirkəti ilə birgə exit poll keçirmək niyyətindədir. 119 seçki dairəsində exit poll keçirməyi planlaşdırır. Qurum bundan öncə keçirilən bir neçə seçkilərdə də exit poll keçirib”.
 

Sədr müavini seçki günü exit poll keçirmək istəyən digər təşkilatın isə “Tərəqqi” sosial tədqiqatlar ictimai birliyi olduğunu qeyd edib.


Hər iki təşkilatın öz tərfdaşları ilə birgə “exit poll” keçirmək müraciətinə baxılıb və qərar qəbul edilib. 

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO