Nənə və babadan aliment tələb oluna bilərmi? - HÜQUQİ İZAH

Nənə və babadan aliment tələb oluna bilərmi? - HÜQUQİ İZAH

Hazırda oxunan: Nənə və babadan aliment tələb oluna bilərmi? - HÜQUQİ İZAH

206297

Azərbaycanda uşaqlı ailələr boşanarkən tərəflər arasında ən sıx rast gəlinən problemlər alimentlə bağlıdır. Boşanmış tərəflərdən birinin aliment ödəməkdən imtina etməsi ilə yetkinlik yaşına çatmayan və yardıma ehtiyacı olan uşaqların maddi təminatı məsələsi haqqında suallar yaranır. Qarşı tərəfin ata və ya anasının uşaqlara aliment ödəyə bilib bilməməsi də yaranan suallardan biridir. 

Yəni övladını yanında saxlayan şəxsin, qarşı tərəfin valideynlərindən, baba və nənədən hansı halda aliment tələb etmək hüququ var?
 

MÖVZU İLƏ BAĞLI:

Boşanarkən MÜLKİYYƏT - Ər və arvada bağışlanan əmlakdan ailə üzvlərinə pay düşürmü?


Mövzu ilə bağlı Bizim.Media-ya danışan vəkil Əsabəli Mustafayev deyib ki, aliment ödəməli olan tərəf həyatda olmadıqda nənə və babadan aliment tələb oluna bilər:

“Uşaqların saxlanması üçün alimenti ilk növbədə valideynlər, ya arvad, ya ər ödəməlidir. Uşaq kimin yanında qalıbsa, digər tərəf aliment öhdəliyini yerinə yetirməlidir. Təcrübədə çox az halda alimentin nənə və babaya yönəlməsinə rast gəlinir. Bu da o vaxt olur ki, uşaqların valideynləri həyatda olmur. Yəni valideynlər həyatda yoxdularsa, aliment baba və nənəyə yönələ bilir. Amma həyatdadırlarsa, işləyib işləməməklərinə, qazanclarının olub olmamasına baxmayaraq aliment tələbi valideynlərədir”.

O qeyd edib ki, valideynlər uşağı körpələr evinə qoysalar da bu onları aliment verməkdən azad etmir:

“Ola bilər ki, uşaq valideynlər tərəfindən atılır, xüsusi uşaq evinə yerləşdirilir. Bu halda belə valideynlərdən, həm də hər ikisindən aliment tələb olunur”.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO