Fəxrəddin Manafov: “Xankəndidə seçkiləri düşünəndə çox həyəcanlanıram”

Fəxrəddin Manafov: “Xankəndidə seçkiləri düşünəndə çox həyəcanlanıram”

Hazırda oxunan: Fəxrəddin Manafov: “Xankəndidə seçkiləri düşünəndə çox həyəcanlanıram”

206280

“Son illərdə Azərbaycanda inanmağımız çətin olan xoş hadisələr baş verir. Belə hadisələrdən birini də indi yaşamaqdayıq. Milli Məclisə seçkilərdə Xankəndidə səsvermənin olacağını düşünəndə çox həyəcanlanıram”.

Bizim.Media xəbər verir ki, bu sözəri “Seçki2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Xalq artisti Fəxrəddin Manafov söyləyib.
 

“Xankəndi mənim vətənimdir, mən orada doğulmuşam. Tezliklə bizim şəhərdə də yerli əhali seçkilərə qatılacaq, səsverməyə gedəcək, parlamentdəki təmsilçimizi seçəcək. Bunu düşünərkən keçirdiyim hissləri sözlə ifadə etmək olmur. İlk növbədə sonsuz qürur hissi yaşayıram və bütün azərbaycanlılar kimi mən də çox xoşbəxtəm.


Azərbaycanın digər bölgələri kimi işğaldan azad olunmuş torpaqlarımızda da insanlar seçkilərdə iştirak edəcək. Hamımızı təbrik edirəm”, - deyə o əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO