Doğuş və qeysəriyyə əməliyyatı hansı özəl xəstəxanalarda PULSUZDUR? – Rəsmi AÇIQLAMA

Doğuş və qeysəriyyə əməliyyatı hansı özəl xəstəxanalarda PULSUZDUR? – Rəsmi AÇIQLAMA

Hazırda oxunan: Doğuş və qeysəriyyə əməliyyatı hansı özəl xəstəxanalarda PULSUZDUR? – Rəsmi AÇIQLAMA

206261

Vətəndaşların əksəriyyəti özəl xəstəxanalara daha çox üz tuturlar. Çünki özəl xəstəxanalarda olan əməliyyatlara, müayinələrə etibar edirlər. Doğuş və qeysəriyyə əməliyyatları üçün də elə məhz özəl xəstəxanalara müraciət edənlər çoxluq təşkil edir. Məlum olduğu kimi, özəl xəstəxanalarda qiymətlər dövlət xəstəxanaları ilə müqayisədə daha bahadır. Bu baxımdan insanların çoxu özəl xəstəxanalarda da icbari tibbi sığortadan istifadə etməyə üstünlük verməyə başlayıb.

Amma vətəndaşların çoxu hansı özəl xəstəxanalarda icbari tibbi sığorta xidmətinin olduğundan məlumatsızdırlar. 

Maraqlıdır, hansı özəl xəstəxanalarda doğuş və qeysəriyyə əməliyyatını icbari tibbi sığorta ilə həyata keçirmək mümkündür? 
 

MÖVZU İLƏ BAĞLI:

Səbəbsiz qeysəriyyə əməliyyatları – Bu üsulla ana olanların sayı niyə ARTIR?


İcbari Tibbi Sığorta Agentliyi Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib  ki, pasiyentlər göndəriş vərəqəsi ilə agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinə müraciət edə bilərlər. 

“Klassik qeysəriyyə kəsiyi əməliyyatının dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmadıqda bu zaman pasiyentə göndəriş vərəqəsi verilir və o, göndəriş vərəqəsi ilə agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrindən birini seçməklə tibbi xidməti ala bilər. Pasiyent özəl tibb müəssisəsinə təcili tibbi yardımın göstərilməsi ilə bağlı göndəriş olmadan müraciət etdikdə özəl tibb müəssisəsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin elektron ünvanına bu barədə elektron sorğu göndərir. 

Agentlik xidmətin icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olduğunu, dövlət tibb müəssisəsində göstərilməsinin mümkünlüyünü və təcililik dərəcəsini nəzərə alaraq, tibbi xidmətin göstərilməsi barədə (icbari tibbi sığorta çərçivəsində qarşılayır və ya sığorta ödənişindən imtina edir) qərar verir. Təcili və təxirəsalınmaz hallar istisna olmaqla, pasiyent göndəriş vərəqəsi olmadan özəl tibb müəssisəsinə birbaşa müraciət etdikdə tibbi xidmətdən öz vəsaiti hesabına yararlanır”.

Bəs, Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələri hansılardır?

Qeyd edək ki, İcbari Tibbi Sığorta Agentliyinin müqavilə bağladığı tibb müəssisələrinin sayı bu il 140-dan 165-ə çatdırılıb. Müqaviləli tibb müəssisələrinin fəaliyyət göstərdikləri şəhər və rayonlar sırasında Bakı, Gəncə və Sumqayıt ilə yanaşı, Abşeron, Quba, Qusar, Xaçmaz, İsmayıllı, Şamaxı, Qəbələ, Şəki, Zaqatala, Goranboy, Şəmkir, Tovuz, Mingəçevir, Bərdə, Kürdəmir, Sabirabad, İmişli, Şirvan, Salyan, Biləsuvar, Masallı və Lənkəran da var.

İcbari Tibbi Sığorta Agentliyinin paketinə aid olan tibb müəssisələrinin siyahısını sizə təqdim edirik.

Siyahı ilə linkə keçid edərək tanış ola bilərsiniz: 

Nuray, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO